​MDB ölkələri Gömrük xidməti rəhbərləri Şurasının iclası keçirilib

​MDB ölkələri Gömrük xidməti rəhbərləri Şurasının iclası keçirilib Azərbaycan və Rusiya ərzaq və kənd təsərrüfatı məhsullarının ixracına dair protokolun imzalanması nəzərdə tutulub
Maliyyə
6 Dekabr , 2014 11:51
​MDB ölkələri Gömrük xidməti rəhbərləri Şurasının iclası keçirilib

Bakı. 6 dekabr. REPORT.AZ/ Soçidə (Rusiya) MDB ölkələri Gömrük xidməti rəhbərləri Şurasının 60-cı iclası keçirilib. Bu barədə "Report"a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib. Tədbirdə Azərbaycanı DGK-nin sədri Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasda əsasən 2012-2015-ci illər ər­zində MDB ölkələri gömrük orqanlarının mətbuat xidmətlərinin ictimaiyyətlə əlaqələrin təmin edilməsi üzrə qarşılıqlı fəaliyyət Konsepsiya­sının müddəalarının həyata keçirilməsi, Dəmir yolu nəqliyyatı ilə keçirilən malların gömrük rəsmiləşdirilməsi və nəzarəti zamanı MDB ölkələri gömrük orqanları və dəmir yolu idarələrinin qarşılıqlı fəaliyyəti­nin nümunəvi texnologiyasına dəyişikliklər edilməsi haqqında Protokolun layihəsi, MDB ölkələri Gömrük xid­məti rəhbərləri Şurasının hüquq mühafizə bölmələri başçıları Komitəsinin və Ümumdünya Gömrük Təşkilatının hüquq mühafizə fəaliyyəti üzrə Regional Əlaqələndirmə Qovşağı RİLO-Moskvanın 2015-ci il üçün iş planlarının təsdiqinə dair məsələlər müzakirə edilib.

İclas çərçivəsində DGK sədri A.Əliyevlə Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov arasında görüş keçirilib. Görüşdə iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlıq əlaqələrinin gələcək perspektivləri müzakirə edilib, eyni zamanda ərzaq və kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb və bu istiqamətdə iki ölkənin müvafiq qurumları arasında gələcəkdə imzalanması nəzərdə tutulan protokol layihəsi üzərində hazırlıq işlərinin getdiyi deyilib.

Son xəbərlər

Orphus sistemi