​"MCB Leasing"in aktivləri 16% artıb

​"MCB Leasing"in aktivləri 16% artıb Lizinq şirkəti xarici valyuta mübadiləsindən 2,7 mln. manat zərər edib
Maliyyə
30 İyun , 2016 15:22
​MCB Leasingin aktivləri 16% artıb

Bakı. 30 iyun. REPORT.AZ/ "MCB Leasing" QSC-nin cəmi aktivləri 2016-cı ilin əvvəlinə 9,03 mln. manat təşkil edib. 

"Report" Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2015-cü ilin əvvəlinə olan analoji göstərici ilə müqayisədə 15,9% çoxdur.

Hesabat ili ərzində "MCB Leasing"in cəmi öhdəlikləri 9,9% artaraq 6,582 mln. manat, məcmu kapitalı 35,7% artaraq 2,448 mln. manat, o cümlədən nizamnamə kapitalı 2,6 dəfə artaraq 4,284 mln. manat olub.

Ötən il "MCB Leasing"inaktivlərinin 81%-ni və yaxud 7,317 mln. manatını maliyyə lizinqi üzrə xalis investisiyalar təşkil edib. Bu, 2014-cü ilin yekununa nisbətən 0,3% azdır.

Təhlil olunan dövr ərzində lizinq şirkətinin faiz gəlirləri 1,398 mln. manat, haqq, komissiya və brokerlik gəlirləri 79 min manat, digər gəlirləri isə 57 min manat olub. "MCB Leasing"in xərclərinə gəlincə isə Şirkət faiz xərclərinə 492 min manat, əməliyyat xərclərinə 452 min manat, inzibati xərclərə 326 min manat, debitor borcları üzrə ehtiyatların yaradılmasına 34 min manat yönəldib. Bundan başqa, lizinq şirkəti xarici valyuta mübadiləsindən 2,687 mln. manat zərər edib, mənfəət vergisi üzrə xərclərində isə 486 min manat qənaət edib.

Bununla da "MCB Leasing" 2015-ci ili 1,971 mln. manat zərərlə başa vurub. 

Xatırladaq ki, şirkət 2014-cü ildən 216 min manat xalis mənfəətlə çıxıb.

Son xəbərlər

Orphus sistemi