​MBNP sığorta bazarı iştrakçılarının istifadə etdikləri daxil olma linkini dəyişib

​MBNP sığorta bazarı iştrakçılarının istifadə etdikləri daxil olma linkini dəyişib Hesabatların təqdim edilməsi üçün istifadəçilərin “flock” internet brauzerindən istifadə etmələri tövsiyə olunur
Maliyyə
20 İyul , 2016 19:53
​MBNP sığorta bazarı iştrakçılarının istifadə etdikləri daxil olma linkini dəyişib

Bakı. 20 iyul. REPORT.AZ/ Sığorta bazarının peşəkar iştirakçılarının Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) təqdim etməli olduqları hesabatların elektron formada verilməsi üçün istifadə etdikləri link ünvanı yenisi ilə əvəz olunub.

"Report"un MBNP-yə istinadən verdiyi xəbərə görə, müvafiq hesabatları təqdim etmək üçün istifadə edilən https://sns.maliyye.gov.az daxil olma linki https://sns.fimsa.az ilə dəyişdirilib.

Sözü gedən linkə daha rahat daxil olub hesabatların təqdim edilməsi üçün istifadəçilərin “flock” internet brauzerindən istifadə etmələri tövsiyə olunur.

Sığorta qanunvericiliyinə əsasən, hesabat dövrü başa çatdıqdan sonra 20 gün ərzində sığortaçılar MBNP-yə aylıq, rüblük və illik dəqiqləşdirilmiş, təkrarsığortaçılar rüblük və illik dəqiqləşdirilmiş və sığorta vasitəçiləri isə rüblük artan yekun üzrə hesabatlar verməlidirlər.

https://sns.fimsa.az linki vasitəsilə təqdim edilməsi ilə bağlı sığorta bazarının peşəkar iştirakçılarının hər hansı bir sualı yaranarsa 012 493 50 58 (dax. 414) nömrəsilə əlaqə saxlaya bilərlər.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədilə Azərbaycan Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanı ilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi