Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycanın qiymətli kağızlar bazarında 2015-cü ilin mart ayında həyata keçirilən əməliyyatların həcminə görə brokerlərin renkinqi açıqlanıb.
"Report"un Bakı Fond Birjasına istinadən verdiyi xəbərə əsasən, əməliyyatların həcminə görə brokerlərin renkinqinə 125,5 mln. manatla "PAŞA Kapital" MMC başçılıq edir. İkinci yerdə 55,0 mln. manatla "Texnika Kapital Menecment" MMC, üçüncü yerdə 13,2 mln. manatla "Xalq Kapital" MMC qərarlaşıb.
Mövqe (əvvəlki ayın mövqeyi) | Brokerlər | Əməliyyatların həcmi (AZN) |
1 (1) | PAŞA Kapital | 125 537 864.20 |
2 (4) | Texnika Kapital Menecment | 54 997 729.80 |
3 (-) | Xalq Kapital | 13 155 312.60 |
4 (3) | Unicapital | 8 097 257.90 |
5 (2) | Çelsi Kapital | 7 795 925.20 |
6 (5) | Brokdil-Az | 5 527 500.00 |
7 (-) | YapıKredi İnvest | 5 097 535.00 |
8 (-) | AzFinance Invest | 895 580.90 |
9 (7) | İnvest-Az | 551 760.00 |
10 (-) | PSG-Broker | 551 760.00 |
11 (-) | ADB Broker | 5 001.33 |
12 (6) | Standard Kapital | 2 432.00 |
Qeyd edək ki, renkinq repo əməliyyatları istisna olmaqla dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə hazırlanıb