Maliyyə Nazirliyi: Rusiyanın ehtiyatları gələn il qurtara bilər

Maliyyə Nazirliyi: Rusiyanın ehtiyatları gələn il qurtara bilər İslahatlar aparılmasa Rusiya artıq 2018-ci ildə maaşları ödəyə bilməyəcək
Maliyyə
30 İyul , 2016 17:04
Maliyyə Nazirliyi: Rusiyanın ehtiyatları gələn il qurtara bilər

Bakı. 30 iyul. REPORT.AZ/ Əgər iqtisadi islahatlar aparılmasa, Rusiyanın valyuta ehtiyatları artıq 2017-ci ilin sonuna kimi tükənə bilər. "Report"un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya maliyyə nazirinin birinci müavini Tatyana Nesterenko məlumat verib.

"Əgər heç nə dəyişməsə, gələn ilin sonuna nə ehtiyatımız, nə də əmək haqlarını ödəmək imkanımız olacaq. Ciddi iqtisadi problemlərlə qarşılaşacağıq", - deyə nazir müavini qeyd edib.

Bundan əvvəl baş prokuror Yuri Çayka maaşlara olan 13,5 mlrd. rubl borcun ödənildiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi