Maliyyə Nazirliyi daha 15 mln. manatlıq istiqraz yerləşdirib

Maliyyə Nazirliyi daha 15 mln. manatlıq istiqraz yerləşdirib Hərracda sifarişlərin nominal üzrə ümumi məbləği 44,5 mn. manata çatıb
Maliyyə
3 May , 2016 15:47
Maliyyə Nazirliyi daha 15 mln. manatlıq istiqraz yerləşdirib

Bakı. 3 may. REPORT.AZ/ Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102011498 seriyalı, 91 gün tədavül müddətli, 15 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

"Report"un Brijaya istinadən verdiyi xəbərə görə, hərracda 7 investor tərəfindən 14 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 44 451 100 manat təşkil edib.

Sifarişlər 97,6000 (gəlirlik - 9,9999%)-96,2020 (gəlirlik - 16,0549%) qiymət intervalında təqdim olunub. İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti emitent tərəfindən 97,1320 (gəlirlik - 12,0075%), orta ölçülmüş qiymət isə 97,2377 (gəlirlik - 11,5524 %) səviyyəsində müəyyən edilib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 4 may (t+1) tarixində həyata keçiriləcək.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 15 mln. manat məbləğində müəyyən edilib. İstiqrazların ödəmə tarixi 2 avqust 2016-cı ildir.

Son xəbərlər

Orphus sistemi