Maliyyə Nazirliyi bir ümumtəhsil məktəbində tədrisi dayandırıb

Maliyyə Nazirliyi bir ümumtəhsil məktəbində tədrisi dayandırıb Azərbaycan Texnologiya Universitetində ciddi nöqsanlar aşkar edilib, materiallar Baş Prokurorluğa göndərilib
Maliyyə
24 İyul , 2015 16:59
Maliyyə Nazirliyi bir ümumtəhsil məktəbində tədrisi dayandırıb

Bakı. 24 iyul. REPORT.AZ/ Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən, tərtib olunmuş iş planına uyğun olaraq 2015-ci ilin birinci yarısında Təhsil Nazirliyinin Aparatının saxlanılmasına, habelə Nazirliyin Əsaslı Tikinti və Təchizat İdarəsinə, Azərbaycan Texnologiya Universitetinə, 3 rayon üzrə təhsil şöbəsinə və 1 internata dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb.

Məlumatda rayon təhsil şöbələri üzrə faktiki olaraq fəaliyyət göstərməyən bir ümumtəhsil məktəbində tədrisin aparılmasının dayandırıldığı, qanunvericiliyin tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış 23 sinif komplekti və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan 113 dərnək və qrupun, normadan artıq saxlanılmış 39,5 ştat vahidinin ləğv edildiyi açıqlanıb.

Bununla yanaşı, işlə təmin olunduğu müəyyən edilmiş 78 nəfər məcburi köçkünə orta aylıq əməkhaqqının və 110 fənn kabinəsinə rəhbərliyə görə əlavə haqqın ödənilməsi dayandırılıb, orta aylıq əməkhaqqı aldıqları və faktiki olaraq işləmədikləri halda aylıq əməkhaqqı üzrə ödəniş dərəcələri artırılmış 176 nəfər pedaqoji işçinin dərəcələri əvvəlki səviyyəyə qaytarılıb, yenidən psixoloji-tibbi-pedoqoji komissiyadan keçirilməsi nəticəsində evdə təhsilə cəlb edilmiş şagirdlərin sayı 214 nəfər azaldılıb.

Eyni zamanda, normativ sənədlərin tələblərinə uyğun olmayan əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb, həmçinin Azərbaycan Texnologiya Universitetində və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Hacıbədəlli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində aşkar olunmuş nöqsanların ciddiliyi nəzərə alınaraq həmin nəzarət obyektləri üzrə yoxlama materialları hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.

Son xəbərlər

Orphus sistemi