Maliyyə Nazirliyi 10 mln. manatlıq istiqraz emissiyası yerləşdirib

Maliyyə Nazirliyi 10 mln. manatlıq istiqraz emissiyası yerləşdirib Hərracda faktiki tələbat təklifi 3,6 dəfə üstələyib
Maliyyə
15 Mart , 2016 16:37
Maliyyə Nazirliyi 10 mln. manatlıq istiqraz emissiyası yerləşdirib

Bakı. 15 mart. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin tədavül müddəti 182 gün olan 10,0 mln. manat məbləğində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report"un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 35,8 mln. manat təşkil edib. Maliyyə Nazirliyi tərəfindən 10,0 mln. manat məbləğində dövlət istiqrazları illik 15,22% gəlirliyi ilə təmin edilib.

Qeyd edək ki, istiqrazların ödəmə müddəti 13 sentyabr 2016-cı il tarixidir.

Son xəbərlər

Orphus sistemi