Palata: Kreditlərin restrukturizasiya edilməsi qadağanın əhatə dairəsindədir

Palata: Kreditlərin restrukturizasiya edilməsi qadağanın əhatə dairəsindədir "Qadağa tədbiri istehlak kreditlərinin bütün növlərinə şamil edilir"
Maliyyə
9 Aprel , 2016 10:51
Palata: Kreditlərin restrukturizasiya edilməsi qadağanın əhatə dairəsindədir

Bakı. 9 aprel. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası xarici valyutada istehlak kreditlərinin verilməsinin dayandırılmasına dair əlavə məlumat açıqlayıb.

"Report"a daxil olan açıqlamada bildirilib ki, qadağa tədbiri istehlak kreditlərinin bütün növlərinə şamil edilir. Bütün növ istehlak kreditlərinə kart, avtomobil, əmanətə bağlı, tam və ya qismən təminatlı və s. növ kreditlər daxildir: "Bu növ kreditlərin restrukturizasiya edilməsi (müqavilə şərtlərinin dəyişdirilməsi və ya yeni öhdəlik kimi rəsmiləşdirilməsi) qadağanın əhatə dairəsindədir".

Qeyd edək ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının iclasının qərarı ilə 5 aprel tarixdən etibarən Azərbaycanda fəaliyyət göstərən bütün kredit təşkilatları tərəfindən xarici valyutada istehlak kreditlərinin verilməsi bir ay müddətinə dayandırılıb.

Son xəbərlər

Orphus sistemi