Maliyyə Bazarlarına Nəzarət Palatası dövlətdən maliyyə dəstəyi almayacaq

Maliyyə Bazarlarına Nəzarət Palatası dövlətdən maliyyə dəstəyi almayacaq Palatanın fəaliyyətinin maliyyələşdirilməsi üçün xərclər əsasən əməkhaqlarına sərf olunacaq
Maliyyə
4 Mart , 2016 14:08
Maliyyə Bazarlarına Nəzarət Palatası dövlətdən maliyyə dəstəyi almayacaq

Bakı. 4 mart. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının təklif olunan konfiqurasıyada fəaliyyətinin maliyyələşdirilməsi üçün tələb olunan xərclər bu sektorun, yəni haqq ödəyəcək institutların 2015-ci ildə vergidən əvvəlki mənfəətinin 1%-dən az təşkil edir".

“Report”un verdiyi xəbərə görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlı parlamentin bugünkü plenar iclasında çıxışında bildirib.

"Palata öz fəaliyyətini nəzarət subyektlərinin ödədiyi haqlar hesabına maliyyəlləşdircək və dövlətdən və ya digər mənbələrdən hər hansı gəlirlər əldə etməyəcək", - deyə R.Aslanlı qeyd edib.

"Palatanın büdcəsinin formalaşmasının bəzi prinsiplərini müəyyən etmişik. Palatanın xərclərinin 3/4-ü əmək haqqı və ona bərabər tutulan xərclərə istiqamətləndirilməlidir. Yəni büdcəni insan resurslarının formalaşdırılmasına yönləndirsin, texniki xərcləri artırmasın", - deyə QKDK başçısı əlavə edib. 

Son xəbərlər

Orphus sistemi