​MBNP: "Atrabank" və "Qafqaz İnkişaf Bankı"nın əmanətçilərinə kompensasiya ödəniləcək

​MBNP: "Atrabank" və "Qafqaz İnkişaf Bankı"nın əmanətçilərinə kompensasiya ödəniləcək Bunun üçün kifayət qədər resurslar mövcuddur
Maliyyə
15 Avqust , 2016 12:19
​MBNP: Atrabank və Qafqaz İnkişaf Bankının əmanətçilərinə kompensasiya ödəniləcək

Bakı. 15 avqust. REPORT.AZ/ Ali Məhkəmənin avqustun 11-də keçirilmiş iclasında "Atrabank" və "Qafqaz İnkişaf Bankı" ASC-lərin əleyhinə qərar qəbul edilsə də, bununla bağlı qətnaməni hələ ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) əldə etməyib. Bunu "Report"a açıqlamasında Palata sədrinin müşaviri Rüfət Abbasov deyib.

O, bağlanmış banklardakı əmanətçilərə kompensasiya ödənilib-ödənilməyəcəyi ilə bağlı suala belə cavab verib: "Hələ ki, biz məhkəmənin qərarını əldə etməyə çalışırıq. Bununla belə, ilkin hazırlıq işləri aparmışıq. Qətnaməni aldıqdan sonra müvafiq tədibrlər görəcəyik, hər iki bankın əmanətçilərinə kompensasiya ödəniləcək. Bunun üçün kifayət qədər resurslar mövcuddur". 

Son xəbərlər

Orphus sistemi