​"LUKOİL" 2015-ci il investisiya proqramını 17% azaldıb

​"LUKOİL" 2015-ci il investisiya proqramını 17% azaldıb Bu il şirkətin sərbəst pul axını 1 mlrd. dolları ötə bilər
Maliyyə
25 İyun , 2015 00:45
​LUKOİL 2015-ci il investisiya proqramını 17% azaldıb

Bakı. 25 İyun. REPORT.AZ/ "LUKoyl" bu il investisiya proqramını 15 milyard dollardan 12,5 mlrd. dollara qədər təqribən 17 faiz azaldıb.

"Report" xəbər verir ki, bu barədə şirkətin rəhbəri Vahid Ələkbərov məlumat verib.

"Biz hazırda 12,5 mlrd. dollara yönəlmişik", - deyə o bildirib.

Onun sözlərinə görə, bu il şirkətin sərbəst pul axını 1 mlrd. dolları cüzi şəkildə ötə bilər.

Ələkbərov, həmçinin qeyd edib ki, şirkət yaxın aylarda İranın "Qərbi Kurna-2" yatağında gündəlik hasilat üzrə 450 min barel səviyyəsinə çıxmaq ümidindədir.

Son xəbərlər

Orphus sistemi