London fond birjası Almaniya bond birjası ilə birləşir

London fond birjası Almaniya bond birjası ilə birləşir Hər iki şirkət öz brendləri altında fəaliyət göstərəcək
Maliyyə
24 Fevral , 2016 19:11
London fond birjası Almaniya bond birjası ilə birləşir

Bakı. 24 fevral. REPORT.AZ/ London fond birjası (LSE) Almaniyanın fond birjası "Deutsche Boerse" ilə birləşmək üçün görüşmələrin həyata keçirildiyini təsdiq edib. Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

Xəbərdən sonra LSE-nin səhmləri 17%, "Deutsche Boerse"nin isə 7% artıb. Hər iki şirkət bizneslərini birləşdirməyi planlaşdırsalar da, amma cari brendləri altında fəaliyyət göstərəcəklərini bildiriblər. Qeyd edək ki LSE və "Deutsche Boerse" artıq üçüncü dəfədir birləşmək üçün görüşmələr həyata keçirirlər. İlk görüş 2000, ikincisi isə 2004-2005-ci illərdə olub. Bu dəfə ekspertlər görüşmələrin müsbət nəticələnəcəyini proqnozlaşdırırlar. Birləşmədən sonra LSE səhmlərin 45,6%-nə, "Deutsche Boerse" isə 54,4%-nə sahib olacaq.

LSE-dən verilən açıqlamada qeyd olunub: "Şirkətimizin İdarə Heyəti hesab edir ki, birləşmə qərarı hər iki şirkət üçün yeni imkanlar yaradacaq, qlobal bazarlarda avropalı yeni lider şirkət meydana çıxacaq".

2000-ci ildə "Deutsche Boerse" və LSE-nin birləşməsinə İsveç fond birjası 808 mln. funt sterlinq təklif verərək mane olub, amma nəticədə İngiltərə tərəfi bu təklifi rədd edib.

2004-cü ildə Almaniya tərəfinin 1,3 mlrd. funt sterlinq həcmində təklifi də İngiltərə tərəfindən geri çevrilib.

Son xəbərlər

Orphus sistemi