​"Lider Forex": Bu günün ən gəlirli biznesi

​"Lider Forex": Bu günün ən gəlirli biznesi FES gələn ay uçot dərəcəsini artırarsa, qızıl ucuzlaşacaq, əks halda isə bahalaşma olacaq
Maliyyə
20 Noyabr , 2015 11:43
​Lider Forex: Bu günün ən gəlirli biznesi

Bakı. 20 noyabr. REPORT.AZ/ Bu günün ən gəlirli biznesi olan internet vasitəsilə qlobal maliyyə bazarında qızılın qiyməti ilə ticarət edin. Əvvələr ancaq banklar və zəngin insanlar maliyyə bazarında ticarət edib gəlir götürə bilirdilər, indi isə bu fürsət artıq hər kəs üçün əl çatandır.

50 dollar götürün və qızılın qiyməti təkcə qalxarkən deyil, həm də düşərkən gəlir götürün.

Burdan qeydiyyatdan keçin

2001-2012-ci illərdə böyük mərkəzi bankların aqressiv genişləndirici pul siyasəti nəticəsində qızılın qiyməti 600%-dən çox yüksələrək bir unsiyası 1 900 dollara çatmışdır. Belə ki, mərkəzi bankların faiz dərəcəsini aşağı salması nəticəsində valyutalar kəskin dəyər itirdi və nəticədə daha təhlükəsiz vasitə kimi qızıla olan tələb artıb.

ABŞ iqtisadiyyatının güclənməsi ilə dollar yüksəlməyə başlayıb və nəticədə, qızılın qiyməti 2012-ci ildən bəri 45% düşüb.

Lakin bu ilin ortasından qızıl qiymətindəki azalma dayanıb və nisbi artım olub. Bunun əsas səbəbi isə ABŞ Federal Ehtiyat Sisteminin iyun ayında faiz dərəcəsini qaldırmaması olub və bu da faiz dərəcəsinin artırılmasının gələn ilə təxirə salına bilinəcəyinə dair ehtimalları artırıb.

Qızılın qiymətinə təsir edən əsas amillər sırasında FES-in pul siyasəti ilə yanaşı tələb və təklif də var. Belə ki, Çin və Hindistan dünyada ən böyük qızıl alıcılarıdır. Avqust ayında Hindistan 4,95 mlrd. dollarlıq qızıl idxal edib və bu, qiymətli metala olan tələbin 140% artmasına səbəb olub. Çin isə bu ilin iyul ayında təkcə Honq-Koqdan 55,06 ton qızıl idxal edib. İyunda isə 37,14 ton qızıl idxal edib və bu dövür ərzində qızıl idxalında aylıq 48% artım olub. Dünya Qızıl Komissyasının hesabatına əsasən, bu il ərzində Çində qızıla olan tələbat 1 000 tona çatıb. Çin dünyada ən böyük qızıl istehsal edən ölkədir, eyni zamanda ikinci ən böyük qızıl idxalçısıdır.

Çin iqtisadiyyatının geriləməsi qızılın qiymətinə neqativ təsir edir. Digər bir çox amillər də qızılın qiymətində azalma olacağını göstərir. Lakin bir sıra mərkəzi bankların, xüsusilə Çin Xalq Bankı, Avropa Mərkəzi Bankının genişləndirici pul siyasəti yeritməsi qızılın qiymətinə müsbət təsir edir. Xüsusilə növbəti ay qızılın qiyməti baxımından çox önəmlidir. FES gələn ay faiz dərəcəsini yüksəldərsə, qızılın qiymətində kəskin azalma ola bilər, əks halda isə yüksəliş olacaq. Hazırda qızılın qiyməti 1 080 dolla ətrafında dəyişir.

Risk barədə xəbərdarlıq və öhdəlikdən imtina

Fərq müqavilələri maliyyə alətidir və qiymətlərin tez-tez dəyişmə ehtimalı olduğu üçün kapitalınız üçün yüksək riskə malikdir. Zərərlər sizin əmanətlərinizdən çox ola və sizdən əlavə ödəniş etməyiniz tələb oluna bilər. Bu maliyyə aləti bütün müştərilər üçün əlverişli olmaya bilər, ona görə də, potensial riskləri anladığınızdan əmin olun və müstəqil məsləhət alın. Bu material hər hansı maliyyə sənədi üzrə sövdələşmə üçün təklif və və ya tələb xarakteri daşımır. "Lider Forex" bu şərhlər əsasında istifadə və onun nəticəsi ilə bağlı bütün öhdəliklərdən imtina edir. Bu məlumatların dəqiqliyi və ya tamlığı ilə bağlı heç bir zəmanət verilmir. Nəticədə, yaranmış bütün risklərlə bağlı öhdəlik şəxsin öz üzərinə düşür.

Son xəbərlər

Orphus sistemi