Lebedev: Rublun zəifləməsi MDB ölkələrinin iqtisadiyyatına təsir edir

Lebedev: Rublun zəifləməsi MDB ölkələrinin iqtisadiyyatına təsir edir MDB İcraiyyə Komitəsinin sədri Azərbaycanın güclü iqtisadi potensialına inanır
Maliyyə
14 Noyabr , 2014 12:13
Lebedev: Rublun zəifləməsi MDB ölkələrinin iqtisadiyyatına təsir edir

Bakı. 14 noyabr. REPORT.AZ/ Son aylar müşahidə olunan Rusiya rublunun məzənnəsinin dəyişməsi prosesinin MDB ölkələrinin iqtisadiyyatına təsirini inkar etmək olmaz. Bu barədə "Report"a MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildiirb.

Rublun zəifləməsinin Azərbaycan iqtisadiyyatına mümkün təsirindən danışan MDB İcraiyyə Komitəsinin rəhbəri bildirib ki, o, Azərbaycanın güclü iqtisadi potensialına inanır: "Əminəm ki, Azərbaycan bu dəyişikliklərin öhdəsindən gələcək. Burada daha çox neftin qiymətinin düşməsinin təsiri var. Həm Azərbaycan, həm də Rusiya bu təsirə məruz qalır. Lakin ekspertlər və mən hesab edirik ki, bu müvəqqəti haldır. Ümid edək ki, bu proses dayanacaq və neftin qiyməti bir o qədər düşməyəcək".

S.Lebedev həmçinin qeyd edib ki, Rusiya İqtisadi İnkişaf və Maliyyə nazirliklərinin bəyanatlarına əsasən, rublun Qərb valyutalarına qarşı zəifləməsi müvəqqəti haldır və rubl yaxın vaxtlarda mövqelərini bərpa edəcək.

Son xəbərlər

Orphus sistemi