Kristin Laqard yenidən Beynəlxalq Valyuta Fondunun rəhbəri seçilib

Kristin Laqard yenidən Beynəlxalq Valyuta Fondunun rəhbəri seçilib Fondun 24 üzvdən ibarət icraçı heyəti qərarı bu gün keçirilən iclasda verib
Maliyyə
19 Fevral , 2016 21:46
Kristin Laqard yenidən Beynəlxalq Valyuta Fondunun rəhbəri seçilib

Bakı. 19 fevral. REPORT.AZ/ Fransanın sabiq Maliyyə naziri Kristin Laqard növbəti beş il müddətində də Beynəlxalq Valyuta Fonduna rəhbərlik edəcək. Fondun 24 üzvdən ibarət icraçı heyəti qərarı bu gün keçirilən iclasda verib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, 60 yaşlı Laqard 75 ilə yaxındır əsası qoyulmuş Beynəlxalq Valyuta Fondunun ilk qadın rəhbəri olur.

Kristin Laqardın namizədliyini Almaniya, Çin, Fransa, Koreya və bir sıra digər dövlətlər əvvəlcədən dəstəkləmişdi.

Son xəbərlər

Orphus sistemi