​Kristin Laqard: "Beynəlxalq Valyuta Fondu Azərbaycana kömək etməyə hazırdır"

​Kristin Laqard: "Beynəlxalq Valyuta Fondu Azərbaycana kömək etməyə hazırdır" "Əgər onlara kömək lazımdırsa, biz buna hazırıq"
Maliyyə
5 Fevral , 2016 00:10
​Kristin Laqard: Beynəlxalq Valyuta Fondu Azərbaycana kömək etməyə hazırdır

Bakı. 5 fevral. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan və Nigeriyaya köməklik göstərəcəyini istisna etmir.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu BVF-nin rəhbəri Kristin Laqard bildirib.

"Əgər onlara kömək lazımdırsa, biz heç bir problem olmadan bunu etməyə hazırıq", — deyə o söyləyib.

Laqard qeyd edib ki, hər iki ölkə neft ixracından asılıdır, bu səbəbdən qiymətlərin kəskin düşməsi fonunda şok yaşayıblar.

BVF hesab edir ki, Azərbaycan iqtisadi problemlərin öhdəsindən gələcək.

Son xəbərlər

Orphus sistemi