​"Kredo Bank"ın illik mənfəəti 79% artıb

​"Kredo Bank"ın illik mənfəəti 79% artıb Ötən il bankın faiz mənfəəti 21% artıb
Maliyyə
6 Fevral , 2015 17:53
​Kredo Bankın illik mənfəəti 79% artıb

Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycanın "Kredo Bank" ASC 2014-cü ildə 1,050 mln. manat həcmində mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 78,56% çoxdur.

"Report"un banka istinadən verdiyi xəbərə görə, hesabat ilində bankın gəlirləri 46% artaraq 16,585 mln. manat təşkil edib. Bunun 11,851 mln. manatı faiz gəliri, 4,734 mln. manatı qeyri-faiz gəlirinin payına düşür. İllik müqayisədə faiz gəlirləri 11,19%, qeyri-faiz gəlirləri isə 6,85 dəfə artıb.

Ötən il ərzində bankın xərcləri 44,36% artaraq 15,536 mln. manat olub. Faiz xərcləri 5,24% azalaraq 3,706 mln. manat, qeyri-fazi xərcləri 72,68% artaraq 11,830 mln. manat təşkil edib.

Beləliklə, hesabat ilinin yekununda "Kredo Bank" 8,145 mln. manat faiz mənfəəti əldə edib ki, bu da əvvəlki ilə nisbətən 20,72% çoxdur. Ötən il ərzində bankın qeyri-faiz zərəri isə 15,20% artaraq 7,095 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi