Azərbaycanda əhalinin əmanətlər üzrə faiz gəlirlərinin həcmi açıqlanıb

Azərbaycanda əhalinin əmanətlər üzrə faiz gəlirlərinin həcmi açıqlanıb Ötən il əmanətlər üzrə əhalinin faiz gəlirləri 0,5 mlrd. manata yaxın olub
Maliyyə
10 Yanvar , 2015 17:10
Azərbaycanda əhalinin əmanətlər üzrə faiz gəlirlərinin həcmi açıqlanıb

Bakı. 10 yanvar. REPORT.AZ/ 2014-cü ilin 11 ayında Azərbaycanda əhalinin əmanətlər üzrə faiz gəlirləri 450 mln. manat təşkil edib.

“Report”un Mərkəzi Bankın məlumatına əsasən verdiyi xəbərə görə, hesabat dövründə ölkədə hər 1000 nəfərə 473 əmanətçi düşüb. Adambaşına əmanətin məbləği 745 manata, fiziki şəxslərin bank hesablarının sayı isə 6,4 milyona çatıb.

2014-cü ilin 11 ayı ərzində Azərbaycanda korporativ depozitlər 35.3% artaraq 8.2 mlrd. manata, əhalinin əmanətləri isə 10.8% artaraq 7.1 mlrd. manata çatıb. Əhalinin manat əmanətləri 11 ayda 15% artıb. Regionlarda əmanətlərdə 12.4% artım müşahidə olunub.

Son xəbərlər

Orphus sistemi