"KredAqro"nun istiqraz emissiyası qeydiyyata alınıb

"KredAqro"nun istiqraz emissiyası qeydiyyata alınıb İstiqrazlar üzrə gəlirlilik illik 14% təşkil edir
Maliyyə
29 İyul , 2015 18:13
KredAqronun istiqraz emissiyası qeydiyyata alınıb

Bakı. 29 iyul. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “KredAqro” QSC faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının emissiya prospekti qeydə alınıb.

"Report"un verdiyi xəbərə görə, emissiyanın həcmi bir istiqrazın nominal dəyəri 250 manat olmaqla cəmi 3 mln. manat təşkil edir. İstiqrazların gəlirliliyi illik 14% təşkil edir, istiqrazların tədavül müddəti ilkin istiqrazın yerləşdirildiyi tarixdən etibarən 2 ildir. 

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcək. Emissiyanın anderrayteri qismində "İnvest-Az" MMC çıxış edəcək. 

Son xəbərlər

Orphus sistemi