KDK-nın Kapital Bazarı üzrə Təlim Mərkəzi və “Dəmirbank” ASC arasında Anlaşma Memorandumu imzalanıb

KDK-nın Kapital Bazarı üzrə Təlim Mərkəzi və “Dəmirbank” ASC arasında Anlaşma Memorandumu imzalanıb Memorandumda kapital bazarları sahəsində birgə həyata keçiriləcək müştərək layihələrin hazırlanması nəzərdə tutulur
Maliyyə
2 Sentyabr , 2014 10:26
KDK-nın Kapital Bazarı üzrə Təlim Mərkəzi və “Dəmirbank” ASC arasında Anlaşma Memorandumu imzalanıb
Bakı. 2 sentyabr. REPORT.AZ/ Ötən gün Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Kapital Bazarı üzrə Təlim Mərkəzi (KBTM) və “Dəmirbank” ASC arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə “Report”a QKDK-nin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Məlumata görə anlaşma Memorandumunda KBTM və “Dəmirbank” ASC arasında kapital bazarları sahəsində birgə həyata keçiriləcək müştərək layihələrin hazırlanması, habelə elmi-praktik konfransların təşkil olunması nəzərdə tutulur.

Memorandumda Kapital Bazarlarının tədrisi sahəsində əməkdaşlıq, qiymətli kağızlar bazarında tədrisin təşkili, informasiya texnologiyaları üzrə müəyyən bilik bazasının formalaşdırılması, ayrı-ayrı istiqamətlərdə peşəkar təlimlərin təşkil olunması və birgə əməkdaşlıq münasibətləri prioritet kimi müəyyənləşdirilib.

Son xəbərlər

Orphus sistemi