​"Kapital Menecment" investisiya şirkətinin aktivləri 2% azalıb

​"Kapital Menecment" investisiya şirkətinin aktivləri 2% azalıb Hesabat dövründə investisiya şirkətinin kapitalı 4% azalıb
Maliyyə
30 İyun , 2016 13:59
​Kapital Menecment investisiya şirkətinin aktivləri 2% azalıb

Bakı. 30 iyun. REPORT.AZ/ "Kapital Menecment" investisiya şirkətinin cəmi aktivləri 2016-cı ilin əvvəlinə 459,286 mln. manat təşkil edib. "Report" Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2014-cü ilin yekunu ilə müqayisədə 1,9% azdır.

Hesabat ili ərzində "Kapital Menecment"in məcmu kapitalı 3,8% azalaraq 435,064 min manat, cəmi öhdəlikləri isə 50,1% artaraq 24,222 min manata çatıb.

Hesabat dövründə Şirkətin haqq və komisyon gəlirləri 33,056 min manat, mənbədən vergi çıxılmaqla dividend gəlirləri 129 manat, faiz gəlirləri 16,048 min manat, investisiya əməliyyatları üzrə mənfəəti 5,476 min manat, məzənnə fərqindən yaranan gəliri isə 11,462 min manat təşkil edib.

Fond bazarı iştirakçısının xərclərinə gəlincə isə, haqq və komissiya xərcləri 2,469 min manat, işçilərlə bağlı xərclər 71,963 min manat, inzibati və əməliyyat xərcləri 6,419 min manat, köhnəlmə və amortizasiya xərcləri isə 2,473 min manat olub.

Beləliklə, "Kapital Menecment" investisiya şirkəti 2015-ci ili 17,153 min manat zərərlə başa vurub. Xatırladaq ki, Şirkət 2014-cü ildən 24,433 min manat xalis mənfəətlə çıxmışdır.

Son xəbərlər

Orphus sistemi