"Kapital Menecment"in səhmdarlarının toplantısı keçiriləcək

"Kapital Menecment"in səhmdarlarının toplantısı keçiriləcək İclas iyunun 10-da keçiriləcək
Maliyyə
13 May , 2016 09:50
Kapital Menecmentin səhmdarlarının toplantısı keçiriləcək

Bakı. 13 may. REPORT.AZ/ İyunun 10-da "Kapital Menecment" investisiya şirkətinin səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək. "Report"un rəsmi qəzetə istinadən verdiyi xəbərə görə, toplantı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti,12A, blok B, 1-ci qapı ünvanında keçiriləcək.

Yığıncağın gündəliyinə şirkətin 2015-ci il üzrə fəaliyyətinin yekunları, Müşahidə Şurasının tərkibi və digər məsələlər daxildir. 

"Kapital Menecment" investisiya şirkəti cari ilin aprel ayı üzrə Bakı Fond Birjasının (BFB) dövlət və korporativ qiymətli kağızlar bazarı sektorunda (repo əməliyytaları istisna olmaqla) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqində 8,29 mln. manat əməliyyat həcmi ilə ikinci yeri tutub.

Son xəbərlər

Orphus sistemi