​“Kapital Bank”ın kredit portfelinin 42%-i regionlara yönəldilib

​“Kapital Bank”ın kredit portfelinin 42%-i regionlara yönəldilib Bankın kredit portfelinin 2/3 hissəsi və ya 590 mln. manatı real sektorun maliyyələşməsinə ayrılıb
Maliyyə
18 Avqust , 2014 15:51
​“Kapital Bank”ın kredit portfelinin 42%-i regionlara yönəldilib

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycanın “Kapital Bank” ASC-nin kredit portfelinin 2/3 hissəsi, yaxud 590 mln. manatı bilavasitə real sektorun maliyyələşdirilməsinə yönəldilib. "Report"un məlumatına görə, bunu “Kapital Bank”ın İdarə Heyəti sədrinin I müavini Fərid Məmmədov bildirib. Bank rəsmisinin sözlərinə görə, bu, ölkədə fəaliyyət göstərən iki ortahəcmli bankın toplam aktivlərindən çoxdur.

“Kapital Bank”ın korporativ kreditləri tam olaraq qeyri-neft sektoruna aid olduğunu deyən F.Məmmədov təkcə 2014-cü ilin ilk yarısında bu sahəyə 174 mln. manat həcmində kredit ayrıldığını vurğulayıb.

F.Məmmədov “Kapital Bank” tərəfindən sahibkarlara verilən kreditlər üzrə orta faiz dərəcəsinin digər banklarla müqayisədə əhəmiyyətli dərəcədə aşağı olduğunu, verilmiş kreditlərin illik orta faiz dərəcəsinin 8,6% təşkil etdiyini, bunun isə sistemin orta göstəricisindən (10,7%) nəzərə çarpacaq dərəcədə aşağı həddə olduğunu qeyd edib.

“Bundan başqa, “Kapital Bank” respublikanın bütün regionlarını əhatə edən ən böyük filial şəbəkəsinə malikdir. Bu da bankın real sektor üzrə kredit portfelinin 42%-nin, yəni 243 mln. manatın məhz regionlara yönəldilməsinə kömək edib. Ölkə iqtisadiyyatının kreditləşməsində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən də aktiv istifadə edilir. Təkcə bu mənbə hesabına verilmiş kreditlərin həcmi 58,6 mln. manatdır və bunun 78%-i regionların payına düşür”, - deyə bank rəsmisi vurğulayıb.

Sədr müavini əlavə edib ki, “Kapital Bank” real sektora verilmiş zəmanət portfelinə görə (119 mln. manat) bank sektorunun ən iri ikinci bankıdır: "Bu zəmanətlər vasitəsilə müəssisələr müxtəlif layihələrdə iştirak edərək iqtisadiyyatın inkişafına töhfə verir".

Son xəbərlər

Orphus sistemi