​"Kapital Bank" yeni kredit kampaniyası keçirir

​"Kapital Bank" yeni kredit kampaniyası keçirir Azərbaycanın “Kapital Bank” ASC 5 oktyabr - Müəllimlər Günü ərəfəsində təhsil işçiləri üçün yeni
Maliyyə
15 Sentyabr , 2014 13:28
​Kapital Bank yeni kredit kampaniyası keçirir

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanın “Kapital Bank” ASC 5 oktyabr - Müəllimlər Günü ərəfəsində təhsil işçiləri üçün yeni kampaniyaya start verib. Bu barədə “Report”a “Kapital Bank”ın mərkəzi ofisindən məlumat verilib.

Təhsil sahəsində çalışan və “Kapital Bank”ın maaş, yaxud pensiya kartlarına sahib olan şəxslər “Təhsil işçiləri üçün əla kredit kampaniyası” çərçivəsində nağd pul kreditlərini 5% endirimlə ala bilərlər.

Kampaniya oktyabrın 10-dək davam edəcək. Nağd pul kreditini "Kapital Bank"ın bütün filiallarından almaq olar.

Xatırladaq ki, Azərbaycanda ən geniş filial şəbəkəsinə malik olan "Kapital Bank" ASC-nin 89 filialı və 8 şöbəsi var.

Son xəbərlər

Orphus sistemi