"Kapital Bank" yeni kredit kampaniyası keçirir

"Kapital Bank" yeni kredit kampaniyası keçirir Ayda cəmi 79 manat ödəməklə, 2 000 manat nağd pul krediti almaq olar
Maliyyə
25 Avqust , 2016 12:54
Kapital Bank yeni kredit kampaniyası keçirir

Bakı. 25 avqust. REPORT.AZ/ “Kapital Bank” ASC müştərilərinə “Ürəyindən keçənlər üçün” adlı aksiyanı təqdim edir. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Şərtlərə görə, ayda cəmi 79 manat ödəməklə, 2 000 manat nağd pul krediti almaq olar.

Qeyd edək ki, “Gündəlik tələbat krediti”nin məbləği 300-15 000 manat təşkil edir, müddəti isə 40 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul maaş və ya pensiyasını "Kapital Bank"dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. 

Son xəbərlər

Orphus sistemi