​"Kapital Bank" müəllimlər üçün endirim edib

​"Kapital Bank" müəllimlər üçün endirim edib Kreditin müddətindən asılı olmayaraq illik faiz dərəcəsi 27% təşkil edir
Maliyyə
29 Sentyabr , 2015 12:37
​Kapital Bank müəllimlər üçün endirim edib

Bakı. 29 sentyabr. REPORT.AZ/ “Kapital Bank” ASC 5 Oktyabr - beynəlxalq müəllimlər günü ilə əlaqədar təhsil işçiləri üçün “Müəllimlər üçün dəyər!” adlı endirim kampaniyasına başlayıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, oktyabrın 17-dək davam edəcək kampaniya çərçivəsində müəllimlər 15 min manatadək 0% komissiyalı “Gündəlik tələbat” kreditindən yararlana biləcəklər. Kreditin müddətindən asılı olmayaraq illik faiz dərəcəsi 27% təşkil edir.

Hazırda "Kapital Bank" 89 filialı və 5 şöbəsi ilə müştərilərə xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi