​"Kapital Bank" istiqrazlarını dövriyyədən çıxarıb

​"Kapital Bank" istiqrazlarını dövriyyədən çıxarıb Bununla əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edib.
Maliyyə
19 İyul , 2016 14:00
​Kapital Bank istiqrazlarını dövriyyədən çıxarıb

Bakı. 19 iyul. REPORT.AZ/ "Kapital Bank" ASC-nin 17 Mart 2014-cü il tarixində AZ2003005157 dövlət nömrəsilə qeydə alınmış hər birinin nominal dəyəri 1000 manat olan 8000 ədəd adlı, sənədsiz, faizli, təmin edilməmiş istiqrazları ləğv edilib. "Report" xəbər verir ki, bununla bağlı qərar Bankın Müşahidə Şurası tərəfindən, bu il, mayın 24-də qəbul edilib.

Qərarla əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edib.

"Kapital Bank" 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının ("BUSbank") bazasında yaradılıb. "PAŞA Holdinq"ə daxil olan Bankın nizamnamə kapitalı 185,85 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 12,39 manat olan 15 mln. səhm əsasında formalaşıb. Səhmlərin 99,87%-i adı çəkilən holdinqə, 0,13%-i isə təxminən 175 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi