​"Kapital Bank"ın səhmdarları dividend məsələsinə baxacaq

​"Kapital Bank"ın səhmdarları dividend məsələsinə baxacaq Mayın 18-də Bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Maliyyə
2 Aprel , 2016 12:01
​Kapital Bankın səhmdarları dividend məsələsinə baxacaq

Bakı. 2 aprel. REPORT.AZ/ Mayın 18-də, saat 11.00-da “Kapital Bank” ASC-nin Füzuli küç.,71 ünvanında yerləşən baş ofisində Bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yığıncağın gündəlyinə “Kapital Bank”ın 2015-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq olunması və Bank tərəfindən 2015-ci il üzrə maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividendlərin ödənilməsi məsələsi daxil edilib.

Son xəbərlər

Orphus sistemi