Bakı. 21 yanvar. REPORT.AZ/ Bu gün “Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. "Report"un Bankın mətbuat xidmətindən əldə etdiyi məlumata görə, yığıncaq Bankın baş ofisində baş tutub.
Yığıncağın qərarına əsasən, başqa işə keçməsi ilə əlaqədar olaraq Cavid Quliyev Bankın Müşahidə Şurasının üzvlüyündən azad edilib.