​"Kapital Bank"ın lotereya kampaniyası başa çatıb

​"Kapital Bank"ın lotereya kampaniyası başa çatıb Bankdan "Gündəlik tələbat" krediti alan müştərilər lotereyada iştirak etmək hüququ qazanıblar
Maliyyə
26 Yanvar , 2016 15:01
​Kapital Bankın lotereya kampaniyası başa çatıb

Bakı. 26 yanvar. REPORT.AZ/ “Kapital Bank” ASC-nin 10 dekabr 2015-ci il tarixindən start verdiyi "Yeni il" ani stimullaşdırıcı lotereya kampaniyası yanvarın 15-də başa çatıb. Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib.

Bir ay davam edən kampaniya müddətində 10 mindən artıq insan hədiyyə olaraq uduş fonduna daxil olan 0% komissiya, faiz dərəcələrinə 1%-dən 5%-ə qədər endirim və tam faizsiz kreditlər qazanıb. Hədiyyə qazanmış şəxslərin siyahısı ilə "Kapital Bank"ın rəsmi internet səhifəsində tanış olmaq mümkündür.

Qeyd edək ki, kampaniya müddətində "Kapital Bank"dan “Gündəlik tələbat” növü üzrə kredit əldə edən müştərilər lotereyada iştirak etmək hüququ qazanıblar.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank"ın 89 filialı və 5 şöbəsi var. Bankın müştəriləri kredit ödənişlərini “e-pul.az”, “kassam.az”, “hesab.az” portalları ilə yanaşı, “eManat” və “MilliÖn” terminallarında, habelə Bankın filiallarında və pay.kapitalbank.az saytında həyata keçirə bilərlər. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.

Son xəbərlər

Orphus sistemi