"Kapital Bank"ın faiz mənfəəti 39% artıb

"Kapital Bank"ın faiz mənfəəti 39% artıb Bankın qeyri-faiz zərəri isə illik müqayisədə 34% azalıb
Maliyyə
25 May , 2016 12:16
Kapital Bankın faiz mənfəəti 39% artıb

Bakı. 25 may. REPORT.AZ/ "Kapital Bank" ASC-nin 2015-ci il üzrə mənfəəti (mənfəət verigisi çıxıldıqdan sonra) 61 924 min manat təşkil edib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, bu, əvvəlki ilin yekunu ilə müqayisədə 8,75% azalma deməkdir.

Hesabata əsasən, Bank ötən il 79 406 min manat mənfəət əldə edib ki, bunun da 17 482 min manatı mənfəət vergisi üzrə xərcə yönəldilib. Beləliklə, vergidən əvvəlki mənfəətdə də illik müqayisədə 6,7% azalma, mənfəət vergisi xərcində 1,5% artım qeydə alınıb.

Hesabat ilində Bankın faiz gəlirləri əvvəlki illə müqayisədə 48,4% artaraq 189 455 min manata, faiz xərcləri 74,5% artaraq 61 366 min manata yüksəlib. Nəticədə, Bank ötən il 128 089 min manat faiz mənfəəti əldə edib. Bu da öz növbəsində əvvəlki illə müqayisədə 38,5% çoxdur.

Eyni zamanda, qeyri-faiz gəlirləri 41,2% artaraq 91 538 min manata, qeyri-faiz xərcləri 27,6% artaraq 100 979 min manata çatıb. Nəticədə, illik müqayisədə qeyri-faiz zərəri 34% azalaraq 9 441 min manata düşüb.

Qeyd edək ki, ötən ilin sonuna "Kapital Bank"ın bölüşdürülməmiş mənfəəti 82 015 min manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 4,6% azalma deməkdir. Bu müddətdə səhmdar kapitalı dəyişməyərək 185 850 min manat olub.

Xatırladaq ki, "Kapital Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağının qərarına əsasən, cari il iyunun 1-dən etibarən Bankın səhm sahiblərinə dividendlərin ödənilməsinə başlanacaq.

Son xəbərlər

Orphus sistemi