"Kapital Bank"ın aktivləri 23% artıb

"Kapital Bank"ın aktivləri 23% artıb Kredit portfelində isə 16% artım qeydə alınıb
Maliyyə
31 İyul , 2015 16:37
Kapital Bankın aktivləri 23% artıb

Bakı. 31 iyul. REPORT.AZ/ "Kapital Bank" ASC-nin aktivləri bu ilin əvvəlindən 22,8% artaraq iyulun 1-nə 1 695,1 mln. manat təşkil edib. Aktivlərin 15,4%-i və ya 260,2 mln. manatı nağd vəsaitlərin payına düşür. 

"Report"un banka istinadən verdiyi xəbərə görə, bu müddətdə kredit portfeli 16,1% artaraq 1 050,8 mln. manata çatıb. Hesabat dövründə depozit portfelində də artım qeydə alınıb. Belə ki, depozit portfeli 32,5% artaraq 748,1 mln. manata yüksəlib. 

Cari il iyulun 1-nə bankın nizamnamə kapitalı 185,9 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi