​"Kapital Bank" 90-cı filialını açıb

​"Kapital Bank" 90-cı filialını açıb Bu il ərzində Bankın 3 şöbəsi filiallara yönəldilib
Maliyyə
11 May , 2016 13:30
​Kapital Bank 90-cı filialını açıb

Bakı. 11 may. REPORT.AZ/ "Kapital Bank" ASC filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində "Gənclik" metro stansiyasının yaxınlığında yerləşən "Ganjlik Mall" ticarət-əyləncə mərkəzində filialını istifadəyə verib. Bu, ümumiyyətlə bankın sayca 90-cı filialıdır. Müştərilər yeni konsepsiya əsasında təmir edilən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, yeni filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi, hesabların açılması və s. bank xidmətləri təklif edir: "Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün zəruri şəraitə və imkanlara malikdir".

Qeyd edək ki, "Kapital Bank" filial şəbəkəsinin optimallaşdırılması istiqamətində müəyyən tədbirlər həyata keçirir. Bu il ərzində Bankın üç şöbəsi filiallara yönəldilib. Ümumilikdə cari ildə 4 şəhər və 6 regional filial binası yeni konsepsiyaya uyğun əsaslı şəkildə təmir olunacaq. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" ASC 90 filial və 2 şöbəsi ilə müştərilərə xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi