Bakı. 1 iyul. REPORT.AZ/ "Kapital Bank" ASC bir illik manat kreditləri üçün komissiyasız kampaniyasını iyulun 15-dək uzadıb. Kreditlər 24%-dən başlayan illik faiz dərəcəsi ilə 6-36 ay müddətinə verilir.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, Bank yalnız əmək haqqı və pensiya kartı "Kapital Bank"dan olan şəxslərə kredit verir. 300-10 000 manat təşkil edən bu kreditlərdən 18-70 yaşı olan, son iş yerində 3 ay minimum iş stajına malik şəxslər yararlana bilərlər. Təqaüdçülər üçün staj tələbi yoxdur.
Qeyd edək ki, iyunun əvvəlində başlayan "Sən də qazan" adlı komissiya haqlarına endirim kampaniyasının vaxtı iyunun 30-da bitib.