​"Kapital Bank" əmanətçilər üçün yeni kampaniya keçirir

​"Kapital Bank" əmanətçilər üçün yeni kampaniya keçirir Kampaniya çərçivəsində hər gün 1 nəfər qalib müəyyənləşəcək
Maliyyə
15 Yanvar , 2015 18:28
​Kapital Bank əmanətçilər üçün yeni kampaniya keçirir

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycanın "Kapital Bank" ASC yeni lotereya kampaniyasına start verib. "Depozitləriniz yüksəlsin" devizi altında keçirilən lotereyanın şərtlərinə görə iştirakçılar martın 15-dək "Kapital Bank"da "Kapital depoziti" növü üzrə ən azı 12 aylıq hesab açmalıdırlar.

"Report"un banka istinadən verdiyi xəbərə görə, bu şərtə əməl edən müştəri həmin depozit hesabında yerləşdirilmiş hər 500 AZN/EUR/USD depozit məbləğinə görə bir uduş şansı qazanacaq. Kampaniyanın hər günü üzrə 1 nəfər qalib müəyyənləşdiriləcək. "PAŞA Travel" turizm şirkətindən 1 500 manat dəyərində iki nəfərlik səyahət paketi almaq üçün ona vauçer hədiyyə ediləcək.

Qalib əmanətçilərin müştəri kodları hər növbəti iş günü www.kapitalbank.az saytında və "Kapital Bank"ın "facebook" səhifəsində elan olunacaq. Depozitləri bankın bütün filiallarında yerləşdirmək olar.

Son xəbərlər

Orphus sistemi