​"Kapital Bank" dolların satış kursunu azaldıb

​"Kapital Bank" dolların satış kursunu azaldıb Dolların maksimal satış qiyməti Mərkəzi Bankın rəsmi məzənnəsindən fərqlənməyəcək
Maliyyə
19 Fevral , 2016 12:06
​Kapital Bank dolların satış kursunu azaldıb

Bakı. 19 fevral. REPORT.AZ/ Fevralın 19-dan etibarən “Kapital Bank” ASC ABŞ dollarının satışını rəsmi məzənnə ilə həyata keçirəcək. Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib.

"Kapital Bank"ın filial və şöbələrində dolların satış məzənnəsinin maksimal həddi Mərkəzi Bankın açıqladığı rəsmi məzənnədən fərqlənməyəcək. Dəyişiklik, dolların alış, habelə avro və digər xarici valyutaların alış və satış məzənnələrinə şamil olunmur.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı milli valyutanın xarici valyutaya, habelə xarici valyutanın mübadilə məzənnəsi hədlərini həmin gün üçün AMB-nin rəsmi məzənnəsinə nisbətən +/- 4% marja ilə müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi