“Kapital Bank” dividendlərin ödənilməsinə başlayır

“Kapital Bank” dividendlərin ödənilməsinə başlayır İyunun 10-dan bank səhm sahiblərinə dividendlərin ödənilməsinə başlayacaq
Maliyyə
8 İyun , 2015 16:46
“Kapital Bank” dividendlərin ödənilməsinə başlayır

Bakı. 8 iyun. REPORT.AZ/ “Kapital Bank” ASC iyunun 10-dan etibarən səhm sahiblərinə dividendlərin ödənilməsinə başlayacaq. "Report"un verdiyi xəbərə görə, bu barədə bankın yaydığı məlumatda bildirilir. 

Məlumatda deyilir ki, Bakı şəhərində qeydiyyatda olan səhmdarlar dividendləri almaq üçün şəxsiyyəti təsdiq edən sənədlə Füzuli küçəsi,71 ünvanına, rayonlarda qeydiyyatda olan səhmdarlar isə "Kapital Bank"ın yerli filiallarına müraciət edə bilərlər.

Qeyd edək ki, bu qərar “Kapital Bank” ASC-nin səhmdarlarının son keçirilmiş ümumi yığıncağında qəbul edilib.

Son xəbərlər

Orphus sistemi