"​Kapital Bank" yeni kredit aksiyası keçirir

"​Kapital Bank" yeni kredit aksiyası keçirir Kredit alanlara kinoteatra bilet hədiyyə olunur
Maliyyə
2 İyun , 2016 12:47
​Kapital Bank yeni kredit aksiyası keçirir

Bakı. 2 iyun. REPORT.AZ/ "Kapital Bank" ASC yeni aksiyası çərçivəsində Gəncə, Kəpəz, Göygöl və Samux filiallarından kredit götürən müştərilərə kinoteatra bilet hədiyyə edəcək. "Report"un Banka istinadən verdiyi xəbərə görə, aksiya iyunun 15-dək davam edəcək. Kreditin məbləği 300-15 000 manat ola bilər. Kreditin müddəti 36 ayadək rəsmiləşdirilə bilər.

Qeyd edək ki, kredit maaş və ya pensiyasını "Kapital Bank"dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün maaş və ya pensiya kartı, həmçinin şəxsiyyət vəsiqəsi tələb olunur.

"Kapital Bank"ın hazırda 90 filialı və 2 şöbəsi fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi