"Kapital Bank" cəbhə bölgəsinə pul köçürmələri üçün komissiya haqqını ləğv edib

"Kapital Bank" cəbhə bölgəsinə pul köçürmələri üçün komissiya haqqını ləğv edib Bu güzəşt Ağdam, Füzuli və Tərtər filiallarından Azərbaycanın digər regionlarına həyata keçirilən köçürmələrə də aiddir
Maliyyə
7 Aprel , 2016 14:10
Kapital Bank cəbhə bölgəsinə pul köçürmələri üçün komissiya haqqını ləğv edib

Bakı. 7 aprel. REPORT.AZ/ "Kapital Bank" ASC son günlər cəbhə xəttində döyüşlərin intensiv getdiyi Ağdam, Füzuli və Tərtər rayonlarına Azərbaycanın müxtəlif bölgələrindən göndərilən pul vəsaitlərinin həcminin artdığını nəzərə alaraq, qeyd edilən rayonlardakı filiallarına "Xəzri" sistemi vasitəsilə göndərilən pul köçürmələri üzrə komissiya haqqını ləğv edib. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Bu güzəşt həmçinin Ağdam, Füzuli və Tərtər filiallarından Azərbaycanın digər regionlarına həyata keçirilən köçürmələrə də şamil edilir.

“Xəzri” təcili pulköçürmə sistemi Azərbaycanla yanaşı, Ukrayna, Rusiya, Tacikistan və Gürcüstan kimi ölkələr də daxil olmaqla 3 500-dən artıq məntəqədə mövcuddur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” ASC 89 filialı və 2 şöbəsi ilə müştərilərə xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi