"Kapital Bank" bir sıra xarici tərəfdaşını dəyişib

"Kapital Bank" bir sıra xarici tərəfdaşını dəyişib Azərbaycan bankı bəzi xarici tərəfdaşlarını yerli banklarla əvəz edib
Maliyyə
28 İyul , 2016 16:00
Kapital Bank bir sıra xarici tərəfdaşını dəyişib

Bakı. 28 iyul. REPORT.AZ/ “Kapital Bank” ASC bir sıra valyuta növləri üzrə xaricdəki tərəfdaş müxbir banklarını dəyişib. “Report” xəbər verir ki, Bankın müxbir əlaqələrində olan bir çox xarici banklar yerli banklarla əvəz edilib.

Məlumata görə, “Kapital Bank”ın ABŞ dollarında aparılan əməliyyatlar üzrə müxbir bankları siyahısından ABŞ-ın “Citibank N.A.” və Almaniyanın “Commerzbank AG”-nin adı çıxarılıb və yerinə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adı əlavə olunub.

Həmçinin, avro əməliyyatları üzrə Almaniyanın “Commerzbank AG”-nin və “Citibank N.A.”-nin London bölməsini “Azərbaycan Beynəlxalq Bankı” ASC əvəz edib.

Rusiya rublu ilə bağlı müxbir bankların siyahısına isə “Paşa Bank” ASC-nin adı əlavə edilib.

Bundan əlavə, “Kapital Bank”ın Britaniya funt sterlinqində aparılan əməliyyatlar üzrə müxbir bankı da dəyişib. Bu valyuta növündə müxbir əlaqələrinə malik “Сommerzbank AG” Avstriyanın “Raiffeisen Bank İnternational AG” ilə əvəz edilib.

Eyni zamanda, “Kapital Bank” İsveçrənin “Banque de Commerce et de Placements (BCP)”də İsveçrə frankında olan müxbir hesabını ləğv edib.

Qazaxıstanın tengesi ilə əməliyyatlar isə bu ölkənin “Bank Centercredit” Ortaq Səhmdar Cəmiyyəti ilə aparılacaq.

Son xəbərlər

Orphus sistemi