"Kapital Bank" ilə ADA Universiteti arasında memorandum imzalanıb

"Kapital Bank" ilə ADA Universiteti arasında memorandum imzalanıb Məlumata görə, 5 illik layihə çərçivəsində “Kapital Bank” və universitet arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq nəzərdə tutulub
Maliyyə
6 İyun , 2016 18:44
Kapital Bank ilə ADA Universiteti arasında memorandum imzalanıb

Bakı. 6 iyun. REPORT.AZ/ “Kapital Bank” ASC ilə ADA Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən bildirilib.

Məlumata görə, 5 illik layihə çərçivəsində “Kapital Bank” və universitet arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq nəzərdə tutulub. Tələbələr üçün təqaüd proqramlarının təsis edilməsi, müxtəlif konfransların təşkili, “Karyera günləri”nin keçirilməsi, məzunların işlə təmin olunması kimi tədbirlər keçiriləcək. Əməkdaşlıq çərçivəsində həmçinin "Kapital Bank" əməkdaşları üçün də müxtəlif təlim və təhsil proqramları təşkil olunacaq.

Qeyd edək ki, “Kapital Bank” korporativ sosial məsuliyyət çərçivəsində daim müxtəlif təhsil və idman layihələrini dəstəklədiyini açıqlayıb. Bank sosialyönümlü fəaliyyətinə uyğun olaraq gələcəkdə də bu kimi tədbirlər keçirməyi planlaşdırır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir.

Son xəbərlər

Orphus sistemi