"International Transaction System"in lisenziyaları dayandırılıb

"International Transaction System"in lisenziyaları dayandırılıb Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi şirkətin broker və diler fəaliyyəti üçün verilmiş lisenziyaları dayandırıb
Maliyyə
6 İyul , 2015 18:02
International Transaction Systemin lisenziyaları dayandırılıb

Bakı. 6 iyul. REPORT.AZ/ Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "International Transaction System" MMC-yə broker və diler fəaliyyəti üçün verilmiş lisenziyalar dayandırılıb.

"Report"un Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, buna səbəb şirkət tərəfindən “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nın tələblərinin mütəmadi surətdə pozulmasıdır.

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 12 broker fəaliyyəti, 13 diler fəaliyyəti, qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə 2, depozitar fəaliyyəti üzrə 2, fond birjası fəaliyyəti üzrə 1 və klirinq fəaliyyəti üzrə 1, aktivlərin idarə olunması üzrə 3 təşkilatın xüsusi razılığı (lisenziyası) qüvvədədir.

Son xəbərlər

Orphus sistemi