IMF: Dollarlaşma səviyyəsi məzənnə proqnozunu çətinləşdirir

IMF: Dollarlaşma səviyyəsi məzənnə proqnozunu çətinləşdirir Proqnoz: Azərbaycanda bu il inflyasiya 15%-dən çox olmayacaq
Maliyyə
9 İyun , 2016 14:13
IMF: Dollarlaşma səviyyəsi məzənnə proqnozunu çətinləşdirir

Bakı. 9 iyun. REPORT.AZ/ Bu il Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 3%-ə qədər azala bilər. “Report” xəbər verir ki, bu proqnoz Beynəlxalq Valyuta Fondunun (IMF) açıqladığı hesabatda qeyd edilib.

IMF-nin hesabatında göstərilib ki, son 15 ildə Azərbaycanda ilk dəfə infliyasiyanın ikirəqəmli olacağı və təxminən 10-15% diapazonunda dəyişəcəyi gözlənilir. Buna səbəb milli valyutanın 100%-ə yaxın devalvasiyası göstərilib. Devalvasiyanın, həmçinin bankların maliyyə göstəricilərinə neqativ təsir etdiyi qeyd olunub. Bu, bankların valyuta mövqelərindəki uyğunsuzluq və qorunmamış valyuta borclarının yaranması ilə bağlıdır. Mərkəzi Asiya və Qafqaz regionu ölkələrində dollarlaşma həddi çox yüksəkdir və bu, gələcəkdə məzənnə siyasətinin həyata keçirilməsində müəyyən problemlərə səbəb ola bilər.

Mərkəzi Asiya və Qafqaz ölkələrinin fiskal siyasətinə toxunan IMF devalvasiyanın bu ölkələr üçün qısamüddətli fiskal qazanc yaratdığını da qeyd edib: "Devalvasiya nəticəsində azalan əmtəə satışından gəlirlər milli valyutada artıb. Həmçinin, devalvasiya nəticəsində artmayan əmək haqları fiskal xərclərin azalmasına gətirib çıxarıb".

Qurum Azərbaycanı 2015-2016-cı illər üçün Qlobal Rəqabətlilik Hesabatında 40-cı yerdə müəyyənləşdirib ki, 2006-2007-ci illərdə Azərbaycan bu hesabatda 62-ci olub.

IMF Azərbaycanın dövlət xərclərini önəmli şəkildə azaldacağını bildirib. Həmçinin, ölkənin borc əmsallarının aşağı səviyyədə olduğu qeyd edilib.

İllər İllik inflyasiya
(%)
1992            912,3
1993 1 129,1
1994 1 663,5
1995 411,8
1996 19,9
1997 3,7
1998 - 0,8
1999 - 8,5
2000 1,8
2001 1,6
2002 2,8
2003 2,2
2004 6,7
2005 9,6
2006 8,3
2007 16,7
2008 20,8
2009 1,5
2010 5,7
2011 7,9
2012 1,1
2013 2,4
2014 1,4
2015 4,0

Son xəbərlər

Orphus sistemi