​İyunda "AXA-Mbask"ın səhmdarları toplaşacaq

​İyunda "AXA-Mbask"ın səhmdarları toplaşacaq Toplantının gündəliyinə üç məsələ daxil edilib
Maliyyə
5 May , 2016 09:20
​İyunda AXA-Mbaskın səhmdarları toplaşacaq

Bakı. 5 may. REPORT.AZ/ İyunun 21-də “AXA-Mbask” sığorta şirkətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. “Report”un məlumatına görə, yığıncaq saat 10:00-da şirkətin Bakı şəhəri, Nobel prospekti,15 ünvanında "Azure Bussines Center"də yerləşən ofisində keçiriləcək.

Səhmdarların ümumi yığıncağının gündəliyinə üç məsələ daxil edilib. Birincisi - 2015-ci il üzrə cəmiyyətin fəaliyyətinin nəticələrinə və maliyyə hesabatlarına baxılması, mənfəət/zərərin bölüşdürülməsi, ikincisi - 2016-cı il üzrə cəmiyyətin büdcəsinə baxılması, sonuncu isə digər məsələlərdir.

Gündəlikdə nəzərdə tutulmuş məsələlər üzrə sənədlərlə şirkətin qeyd olunan ünvanındakı ofisində tanış olmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi