​İtaliyanın bank sektorunda yaranan böhran Avrozonaya təhlükə yaradır

​İtaliyanın bank sektorunda yaranan böhran Avrozonaya təhlükə yaradır Avropa İttifaqı qanunları dövlətin banklara yardımına icazə vermir
Maliyyə
11 İyul , 2016 19:28
​İtaliyanın bank sektorunda yaranan böhran Avrozonaya təhlükə yaradır

Bakı 11 iyul. REPORT.AZ/ Avrozona "Brexit"dən də təhlükəli probləmlə qarşılaşa bilər. 

"Report" xəbər verir ki, yeni regional maliyyə böhranına səbəb İtaliya bankları ola bilər. Belə ki, İtaliyanın bank sektorunda problemli kreditlərin həcmi 360 mlrd. avroya çatıb və məcmu bank kreditlərində xüsusi çəkisi 17%-ə yüksəlib. 

"The Wall Street Journal"a görə, hətta 2008-2009-cu il ABŞ maliyyə böhranı zamanı bu ölkədə problemli kreditlərin məcmu kreditlərdə xüsusi çəkisi 5% təşkil edib.

"Policy Sonar" konsaltinq şirkətinin rəhbəri, İtaliyanın Maliyyə Nazirliyinin keçmiş əməkdaşı Françesko Qaliettinin fikrincə, İtaliyanın bank sektorunda yaranmış böhranın avrozona iqtisadiyyatı üçün fəsadları ağır ola bilər. Belə ki, avrozonada fəaliyyət göstərən publik bankların problemli kreditlərinin demək olar ki, yarısı İtaliya banklarının payına düşür. Əsas problem isə İtaliyanın bank sektoruna dövlət yardımı Avropa İttifaqı (Aİ) qanunlarına görə qadağan olunur.

İtaliyanın bank sektorunda ilk iflas edə biləcək bank kimi ölkənin 3-cü ən böyük bankı olan "Monte dei Paschi di Siena" göstərilir. Bu banka İtaliya höküməti kapitalına əlavələr etməklə və istiqraz ixracı vasitəsilə bir neçə dəfə yardım göstərib.

Ümumiyyətlə, bu yaxınlarda Avropa Mərkəzi Bankı (AMB) adıçəkilən banka problemli kreditlərinin həcmini 2015-ci il sonuna olan 46,9 mlrd. avrodan 2018-ci ilin sonuna 32,6 mlrd. avroya endirməyi tapşırıb. Hazırda bu bankın öroblemli kreditlərinin məcmu kreditlərdə xüsusi çəkisi 33%-ə yaxındır.

Xatırladaq ki, Aİ 2013-cü ildə Kiprdə baş verən bank böhranından sonra hökümətlərin banklara yardımının məhdudlaşdırılması ilə bağlı qanun dəyişikliyini qəbul edib. "Fitch" beynəlxalq reytinq agentliyinin analitiklərinin fikrincə dövlət yardımı olmadan İtaliyanın bank sektorunu xilas etmək mümkün olmayacaq. 

Son xəbərlər

Orphus sistemi