İsveç kronunun məzənnəsi son 7 ilin minimum səviyyəsinə düşüb

İsveç kronunun məzənnəsi son 7 ilin minimum səviyyəsinə düşüb İsveç Mərkəzi Bankı daha 6 ay uçot dərəcələrini -0,5%-də saxlayacaq
Maliyyə
28 Oktyabr , 2016 19:04
İsveç kronunun məzənnəsi son 7 ilin minimum səviyyəsinə düşüb

Bakı. 28 oktyabr. REPORT.AZ/ İsveç kronunun məzənnəsi son 7 ilin minimum səviyyəsinə enib. 

"Report"un "Lenta" saytına istinadən verdiyi xəbərə görə, buna səbəb İsveç Mərkəzi Bankının oktyabrın 27-də keçirdiyi növbəti iclasında mənfi 0,5% olan uçot dərəcələrini dəyişdirməməsi olub. Mərkəzi Bank daha 6 ay uçot dərəcələrini -0,5% səviyyəsində saxlamağa qərar verib.

Qərardan sonra dolların məzənnəsi 9,0433 krona yüksələrək oktyabrın 26-dakı məzənnə ilə müqayisədə 1,47% artıb. Son dəfə dolların məzənnəsi 2009-cu ilin martında 9 krondan baha olub. Avronun məzənnəsi isə dünən 9,8706 krona yüksəlib. Cari məzənnə bundan əvvəl 2010-cu ilin may ayında bugünkü səviyyədə olub.

Mənfi uçot dərəcələrinin 2009-cu ildə tətbiq edilməsi İsveç iqtisadiyyatına son 7 ildə müsbət təsir göstərib, işsizliyi azaldıb, ÜDM-i artırıb, amma inflyasiyanı hədəf 2% səviyyəsinə çatdırmağa yetməyib. 

Son xəbərlər

Orphus sistemi