İstanbulda Mərkəzi Asiya İnvestisiya Forumu keçiriləcək

İstanbulda Mərkəzi Asiya İnvestisiya Forumu keçiriləcək Forumun əsas dəstəkçiləri EBRD və "Financial Times" nəşridir
Maliyyə
11 Fevral , 2016 19:31
İstanbulda Mərkəzi Asiya İnvestisiya Forumu keçiriləcək

Bakı. 11 fevral. REPORT.AZ/ Fevralın 18-də İstanbulda Mərkəzi Asiya İnvestisiya Forumu keçiriləcək. "Report" xəbər verir ki, forumun açılış mərasimində Avropa Yenidənqurma və İnvestisiya Bankının (EBRD) prezidenti Sir Suma Çakrabarti və Türkiyə baş nazirinin müavini Mehmet Şimşek iştirak edəcək.

Monqolustan da daxil olmaqla, 5 Mərkəzi Asiya ölkəsindən olan investorlar "Böyük İpək Yolu" üzərindəki problemləri müzakirə edəcəklər.

Panel müzakirələrində isə "İpək Yolu"nda investisiya imkanları ilə bağlı fikir mübadiləsinin aparılacağı deyilir.

Qeyd edək ki, forumun əsas dəstəkçiləri EBRD və "Financial Times" nəşridir.

Son xəbərlər

Orphus sistemi