​İslam lizinqi üçün 4 milyonluq layihə reallaşdırıla bilər

​İslam lizinqi üçün 4 milyonluq layihə reallaşdırıla bilər Layihə üçün ötən il 3 mln. dollar həcmində kredit cəlb edilib
Maliyyə
22 Sentyabr , 2014 11:54
​İslam lizinqi üçün 4 milyonluq layihə reallaşdırıla bilər
Bakı. 22 sentyabr. REPORT.AZ/ "Joint Leasing" şirkəti ilkin portfeli 4 milyon manat olan və 2014-cü ilin yanvarından reallaşdırılan islam lizinqi layihəsi çərçivəsində əlavə resursların cəlb edilməsi imkanlarını araşdırır. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Bankının mərkəzi ofisindən məlumat verilib.

Şirkət rəhbəri Elçin Əhmədovun açıqlamasına görə bu layihə üçün ötən il 3 mln. dollar həcmində kredit cəlb edilib və bu vəsait əsasən Yaponiya istehsalı olan texnikanın alınmasına sərf edilib.

Xatırladaq ki, şirkətin aktiv lizinq portfeli 2014-cü il sentyabrın 1-nə 36 milyon manat təşkil edib və bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 12-13% çoxdur.

Son xəbərlər

Orphus sistemi