​ABB İslam bankçılığı departamentinin ləğvinin səbəblərini açıqlayıb

​ABB İslam bankçılığı departamentinin ləğvinin səbəblərini açıqlayıb Bankın bu sahədə öhdəlikləri yenə qüvvəsində qalır. Eyni zamanda bu istiqamətdə həyata keçirilən layihələr də davam etdirilir
Maliyyə
13 Oktyabr , 2015 11:23
​ABB İslam bankçılığı departamentinin ləğvinin səbəblərini açıqlayıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ ABB İslam bankçılığı departamentinin ləğvinin səbəblərini açıqlayıb. Bankda İslam bankçılığı departamentinin ləğv olunması barədə məlumatı "Report"a təsdiqləyən Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli bildirib ki, bu addımın Azərbaycan Beynəlxalq Bankında həyata keçirilən struktur dəyişiklikləri çərçivəsində atılıb. Onun sözlərinə görə, xarici maliyyə qurumları ilə islam bankçılığı istiqamətində bağlanmışsazişlər, Bankın bu sahədə öhdəlikləri yenə qüvvəsində qalır. Eyni zamanda bu istiqamətdə həyata keçirilən layihələr də davam etdirilir.

İslam bankçılığı sahəsində çalışmış işçilərə gəlincə,Y.Cəfərli funksional bölgüyə uyğun şəkildə mütəxəssislərin öz fəaliyyətlərinə davam etdiklərini söyləyib.

Son xəbərlər

Orphus sistemi